Ukrayna Belarusla sərhəddə mina sahələrinin sayını 10 dəfə artırıb

Ukrayna Belarusla sərhəddə mina sahələrinin sayını 10 dəfə artırıb

Ukrayna Silahlı Qüvvələrinin birləşmiş qüvvələrinin komandanı Sergey Naev Belarusla şimal sərhədində minalanmış sahələrin sayının əhəmiyyətli dərəcədə artması barədə danışıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Belarusla sərhədin bu cür möhkəmləndirilməsi onun ərazisindən hücum təhlükəsi ilə bağlı olmadığını deyib.

Onun dediyinə görə, hələlik Ukrayna Silahlı Qüvvələrinin komandanlığı belə bir təhlükə görmür.

“Biz hazırda Belarus ərazisində olan qüvvələri nəzərə alaraq hərbi təhlükənin səviyyəsini qiymətləndiririk. Bu qüvvələr hazırda qurudan hücum üçün kifayət etmir”, - deyə Naev bildirib.

O, əlavə edib ki, Ukrayna qoşunları bir yerdə dayana bilməz. Bu səbəbdən kadr hazırlayır, yəni gələcək üçün istehkam hazırlayırlar.

Qeyd edək ki, bir müddət bundan əvvəl Belarus hərbçiləri “İsgəndər” operativ-taktiki raket kompleksinin tam müstəqil istismarına başlayıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə