G7 ölkələrinin xarici işlər nazirləri Türkiyəyə başsağlığı veriblər

G7 ölkələrinin xarici işlər nazirləri Türkiyəyə başsağlığı veriblər

Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen Almaniyada keçirilən 59-cu Münxen Təhlükəsizlik Konfransında verdiyi açıqlamada Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Avropa İttifaqı ilə Türkiyə arasında daha sıx əməkdaşlığa çağırıb.

Konfransda G7 ölkələrinin xarici işlər nazirləri də bir araya gələrək zəlzələlərlə əlaqədar Türkiyəyə başsağlığı veriblər.

Kahramanmaraş mərkəzli zəlzələlərdə axtarış-xilasetmə işlərinə dəstək verməyə gələn Küveyt komandasından polkovnik Eymen əl-Mufrih Türkiyənin ölkəni yenidən qurma gücünə sahib olduğuna inandıqlarını ifadə edərək, “Hər zaman dəstəkləyəcəyik" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə