ABŞ prezidenti Cozef Baydenin Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının başlamasının ildönümü münasibətilə etdiyi çıxışda rusiyalı həmkarına “Vladimir Putin üçün siqnal” müraciəti ola bilər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu strateji məsələlər üzrə koordinator Con Kirbi deyib.
Beləliklə, Kirbinin ibildirdiyinə görə, ABŞ prezidenti şəxsən Putinə deyil, Rusiya xalqına müraciət etməklə, Rusiya liderinə siqnal göndərə bilər.
Maraqlıdır ki, Kirbi, bunun mütləq baş verəcəyini iddia etməyib, lakin bunun çox yaxşı bir hal ola biləcəyinə eyham vurub. Qeyd edək ki, amerikalı səlahiyyətli bu siqnalın mahiyyətini də açıqlamayıb, eləcə də təfərrüatlar barədə məlumat verib.
Məlumat üçün deyək ki, ABŞ prezidentinin fevralın 20-22-də Polşaya rəsmi səfəri nəzərdə tutulub.
Bayden, polşalı həmkarı Anjey Duda, o cümlədən bəzi digər dövlətlərin, xüsusən də Bolqarıstan, Macarıstan, Çexiya, Rumıniya, Litva və ola bilsin ki, Ukraynanın başçıları ilə görüşəcək.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Cozef Baydeni Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq və dünyada mövcud vəziyyəti müzakirə etmək üçün Minskə dəvət edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB