Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında Rusiya müxalifətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Mixail Xodorkovski, Qarri Kasparov, Janna Nemtsova və “Memorial” hüquq müdafiə təşkilatının nümayəndəsi İrina Şerbakova iştirak ediblər. Müzakirə Kremlə müxalifətdə olan siyasətçilərin Rusiyanın mümkün gələcəyi ilə bağlı fikirlərinə həsr olunub.
SİA-nın əldə etdiyi məlumata görə, Qarri Kasparov Ukraynanın müharibədə qələbəsini Rusiya cəmiyyətində istənilən müsbət dəyişikliklər üçün zəruri şərt adlandırıb. Onun fikrincə, Rusiyanın uduzduğunu rus xalqı başa düşməlidir. O, ilhaq edilmiş Krımın Ukraynaya qaytarılmasını belə anlaşmanın açarı adlandırıb.
“Krım Putin mifologiyasının əsasıdır”, - deyən Kasparov Qərb ölkələrini Ukraynanın qələbəsinə hər cür töhfə verməyə çağırıb.
Mixail Xodorkovskinin fikrincə, Qərb hərbi əməliyyatların genişlənməsindən qorxmamalıdır. Əksinə, o hesab edir ki, deeskalasiya və Kremlin şərtləri ilə barışıq qəbuledilməz olardı. Bu o deməkdir ki, oğru qənimətdən qurtula bilərdi”, - Xodorkovski bildirib.
Xodorkovski, prezident hakimiyyətinin zəiflədilməsini, güc bölgüsü və balans prinsipini Rusiyanın uğurlu demokratik gələcəyinin açarı hesab edir.
Janna Nemtsova isə diqqəti Rusiyada çoxlarının Ukraynadakı müharibənin təfərrüatlarını bilməməsinə və onlarla maraqlanmamasına diqqət çəkib. O, təkcə rasional deyil, həm də emosional mübahisələrə müraciət edərək rusları maarifləndirməyi vacib hesab edir.
Maraqlıdır ki, İrina Şerbakova da onu dəstəkləyib. O, Qərbi indiki Rusiya hökumətinin dağılması halında xaosdan qorxmamağa çağırıb. Onun fikrincə, bu cür qorxuları Kremlin özü alovlandırır və ona görə də onlara qalib gəlmək lazımdır.
Yeri gəlmişkən, fevralın 17-dən 19-dək Münhendə keşirilən Beynəlxalq Təhlükəsizlik Konfransının əsas mövzusu Ukraynadakı müharibədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB