Malatyada baş verən zəlzələdə dağılan binalarla bağlı aparılan istintaq çərçivəsində nəzarətə alınan 50 nəfərdən 25-i məhkəmə tərəfindən həbs edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdən zərər çəkmiş Malatyada, Malatya Respublika Prokurorluğu tərəfindən müxtəlif peşə qruplarından olan şübhəlilər barəsində başladılan istintaq çərçivəsində indiyədək 50 nəfər nəzarətə alınıb.
Nəzarətə alınan şübhəlilərdən 25-i ədliyyə orqanları tərəfindən tutularaq həbsxanaya göndərilib. Digər tərəfdən, qaçan 2 şübhəlinin tutulması istiqamətində işlərin davam etdiyi bir vaxtda yeni həbslərin ola biləcəyi də istisna edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB