Bu arada Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi bir gün əvvəl Gürcüstan Hərbi Magistralı ilə Vladiqafqazdan Yuxarı Lars keçid məntəqəsinə qədər yük maşınlarının hərəkətinə qoyulan qadağanın ləğvindən danışıb.
Qeyd edək ki, ləğvin səbəbi hava şəraitinin yaxşılaşması və Gürcüstan tərəfinin etdiyi tövsiyələridir.
SİA-nın əldə etdiyi məlumata görə, indi Gürcüstana istənilən nəqliyyat vasitəsi ilə girməyə icazə verilir.
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin məlumatına görə, ötən gecə yük maşınları üçün bağlanan Gürcüstan Hərbi Magistralı Moskva vaxtı ilə saat 19:50-dən etibarən bütün nəqliyyat növləri üçün açılıb.
Şimali Osetiya xilasediciləri, hava şəraitinin yaxşılaşması sayəsində artıq Gürcüstan və Ermənistana gedən Gürcüstan Hərbi Magistral yolunda Yuxarı Lars keçid məntəqəsi vasitəsilə yük maşını sürücülərinin təhlükəsizliyinə yenidən təminat verə bilərcəklərini bildiriblər.
Xatırladaq ki, bu həftə Gürcüstan Hərbi Yolu güclü qar və sulu qar səbəbindən artıq yük maşınları üçün bağlanmışdı. Bir qayda olaraq, Rusiya tərəfinin qərarı Gürcüstanın müraciətindən sonra qəbul edilir, çünki marşrutun ən təhlükəli hissələri məhz Gürcüstan ərazisində yerləşir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB