Gürcüstanın baş naziri İrakli Qaribaşvili Münhendə olarkən avropalı tərəfdaşlarına bildirib ki, eks-prezident Mixail Saakaşvili inqilab etmək üçün respublikaya qayıdıb, lakin vaxtında təhlükəsizlik xidməti tərəfindən müəyyən edilib və cinayətkar kimi həbs edilib.
SİA-nın əldə etdiyi məlumata görə, Qaribaşvili avropalılara Saakaşvilinin aktyorluğuna inanmamağı da tövsiyə edib.
Gürcüstana qayıdan eks-prezident Mixail Saakaşvili respublikada daha bir inqilab təşkil etməyi planlaşdırırdı - bu gün Münhen Təhlükəsizlik Konfransı zamanı Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib. Qaribaşvili xəstəxanada Saakaşvilinin başına gələnlərə inanmamağa çağırıb, onun istedadlı aktyor olduğunu vurğulayıb.
Gürcüstanın baş naziri, Mixail Saakaşvilinin Gürcüstanda kütləvi siyasi qətllər təşkil etmək niyyətində olduğunu deyib. Nazirin sözlərinə görə, xoşbəxtlikdən, Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları onu tapıb nəzarətə götürdülər və bundan sonra eks-prezident bütün qanunvericilik normalarına əməl edərək həbsxanaya düşdü.
İrakli Qaribaşvili bəzi Qərb siyasətçilərinin Gürcüstan hakimiyyətinin guya Saakaşviliyə qarşı qəddar davranması ilə bağlı ittihamlarını da rədd edərək, qeyd edib ki, qalmaqallı siyasətçi səkkiz aydan artıqdır ki, özəl klinikadadır: “Ona bütün lazımi qayğı və imtiyazlar şamil edilib”.
Həmçinin Gürcüstanın baş naziri Saakaşvili ailəsinə, əgər onun müalicəsi ilə kifayətlənməsələr, istədikləri həkimi gətirməyi təklif edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB