Makron Münhen konfransında erməniləri dəstəkləyəcəyini deyib?

Makron Münhen konfransında erməniləri dəstəkləyəcəyini deyib?

Fransa prezidenti Emmanuel Makron dünən Münhen Təhlükəsizlik Konfransındakı çıxışında “onlar Ermənistanla yan-yana durmağa və hərəkətə keçməyə davam edəcəklərini” əmin edib.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, əsasən Rusiya-Ukrayna müharibəsindən danışan Makron Cənubi Qafqazdakı vəziyyətə də qısaca toxunaraq deyib: “Siz necə inanırsınız ki, Qafqazın çətinliklərinin öhdəsindən bayaq bəhs etdiyim neokolonial Rusiya gələ bilər? Mən bunu dostum, baş nazir Nikol Paşinyanın yanında deyirəm, onunla bundan sonra da yan-yana dayanıb hərəkətə keçəcəyik”.

Deyilənlərə görə, həmin gün Münhendə Ermənistanın baş naziri ilə Fransa prezidenti arasında görüş baş tutub. Məlumata görə, Paşinyan və Makron regionun təhlükəsizliyi və sabitliyi ilə bağlı məsələləri müzakirə ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə