“Vaqner” PMC Ukraynada ən azı 9 min "əsgər" itirib

“Vaqner” PMC Ukraynada ən azı 9 min "əsgər" itirib

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 30.000-dən çox “Vaqner” PMC muzdlusu öldürülüb və ya şikəst olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi bildirib.

Beləliklə, Ağ Evin hesablamalarına görə, Ukraynada artıq 9000 muzdlu öldürülüb ki, bunun da təxminən yarısı keçən ilin dekabr ayının ortalarından bəri öldürülüb.

Məhz bu zama Baxmutu almağa çalışan n “Vaqner” PMC çətinliklə də olsa Soledarı ala bilib.

Kirbinin sözlərinə görə, dekabrda öldürülənlərin təxminən 90 faizi bir neçə həftə əvvəl Rusiya koloniyalarında döyüşə göndərilən muzdlular olub.

Qeyd edək ki, bu gün koloniyalarından “Vaqner” PMC-ə qoşulanlara top yemi kimi yanaşır, onları heç düşünmədən sözün əsl mənasında “dəyirmanın gözünə atırlar”.

Maraqlıdır ki, aşbazlıqdan hərçiyə “yüksələn” Rriqojinin döyüşlərdə öz “taktikası var. Belə ki, o döyüşçülərini kiçik qruplara bölərək düşmən üzərinə göndərir: bir qrup pulemyotdan və ya qumbaraatandan atəşə tutulan kimi dərhal növbətisi göndərilir.

Yeri gəlmişkən, BBC-nin Rus xidməti bir müddət əvvəl fevralın iki həftəsində Ukraynadakı müharibədə həlak olan rusların sayının əvvəlki ayla müqayisədə 5 dəfə artdığını bildirmişdi.

Qeyd edək ki, 2023-cü il fevralın 17-nə qədər jurnalistlər 14 709 nəfərin ölümünü təsdiqləyə biliblər. Onların məlumatlarına görə, itkilər ən çox könüllülərin, “Vaqner” PMC muzdlularının və səfərbərliyə çağırılanların payına düşür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə