Bu arada Omsk vilayətindən səfərbər olunanlar onların “DXR” ordusuna keçirildiklərini bildiriblər.
Dediklərinə görə, yerli hərbçilər “benzin pulu” adı ilə onların “ciblərini təmizləyiblər”. “Benzin pulu” verməyəcəkləri təqdirdə onları cəbhə bölgəsinə göndərməklə hədələyiblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda Omskdan olan çağırışçılar prezident Vladimir Putin və qubernator Aleksandr Burkova onların Rusiya ordusunun tabeliyinə qaytarılması xahişi ilə videomüraciət yazıblar.
Qeyd edək ki, video “Mobilized Tomsk” teleqram kanalında yayımlanıb. Videoda 20-yə yaxın hərbçinin kamuflyajlı və üzlərinin örtdüyü görünür.
Səfərbər olunanların dediyinə görə, onlar artilleriyaçı kimi təlim keçiblər. Yanvarın 5-də onlar alayın tərkibində qondarma “DXR”ə göndəriliblər. Orada hərbçilər qruplara bölünərək “DXR ordusu”nun müxtəlif bölmələrinə göndərilib. Onlar bu qrupda 107 nəfər olduqlarını bildiriblər.
Omsklı çağırışçılar onları piyada qoşunlarına yenidən hazırlamaq üçün poliqona apardıqlarını, aparmaq üçün isə
benzin pulunu onlardan tələb etdiklərini bildiriblər.
Onların təlimə ehtiyaclarının olmadıqlarını demələri isə münaqişə ilə sonunclanıb.
Səfərbər olanlar, onların xidmət edəcəkləri 504-cü tank alayının buraxıldığını və indi onlar hansı hissəyə təyin olunduqlarını bilmədiklərini deyirlər. Onların hərbi biletlərinə komandirin imzası və əmr nömrəsi olmadan anlaşılmaz möhürlər vurulub.
Səfərbər olunanların, öz təbirincə, “DXR”də olduqlarına dair heç bir rəsmi təsdiq yoxdur. Videomüraciətin sonunda onlar döyüşməkdən imtina etmədiklərini qeyd edərək, Rusiya ordusunun tabeliyinə verilməsini xahiş edirlər.
Omsk vilayətinin qubernatoru Aleksandr Burkov şərhində bildirib ki, səfərbər olunanların çevrilməsi üçün tədbirlər görülür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB