Pekin Ukraynadakı münaqişənin həlli üçün plan hazırlayır

Pekin Ukraynadakı münaqişənin həlli üçün plan hazırlayır

Fevralın sonuna qədər Pekin Ukrayna ətrafında münaqişənin siyasi həlli planını təqdim edəcək. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Van Yi deyib.

Onun sözlərinə görə, Çin tərəfi ərazi bütövlüyü və suverenliyinə hörmət, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət edilməsi zərurəti də daxil olmaqla, Çin sədri Si Cinpinin əvvəllər səsləndirdiyi təklifləri təkrarlayacaq.

Vanq Yi Çinin Ukrayna məsələsində “sülh və dialoqun tərəfində” olduğunu vurğulayıb. ÇXR hesab edir ki, böhran vəziyyəti yalnız sülh danışıqları yolu ilə həll edilə bilər.

Xatırladaq ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq, Ukraynada sülhə silah təchizatı və Ukrayna ordusunun potensialının gücləndirilməsi ilə nail olmağın mümkünlüyünü bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə