İsrailin “Rafael” müdafiə texnologiyaları şirkəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) öz ofisini açır. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu xəbəri “The Jerusalem Post” qəzeti yayıb.
Müdafiə sənayesi üzrə dünyanın ən qabaqcıl şirkətlərindən biri olan “Rafael” bəyan edib ki, onun BƏƏ-dəki “yeni ofisi innovasiyalardan istifadə edərək regiondakı imkanları araşdırmağa şərait yaradacaq”. “RAFAEL IDEX” və “NAVDEX” müdafiə sənayesi konfranslarına çıxış edən şirkətin prezidenti və baş icraçı direktoru, general-mayor Yoav Har-Even Əmirliklərin və İsrail rəsmilərinin iştirak etdikləri mərasimdə yeni ofisin açılışını elan edib.
“IDEX 2023” müdafiə sənayesi sərgisinə hazırlaşan şirkətin prezidenti bildirib ki, bu tədbirdə bir sıra innovativ müdafiə texnologiyaları, o cümlədən “IRON BEAM” yüksək enerjili lazer silah sistemi (HELWS) nümayiş etdiriləcək. İsrailli mütəxəssislərin hazırladığı bu silah “Dəmir qübbə” adlanan hava hücumundan müdafiə sistemlərinin imkanlarını artıracaq.
Har-Even qeyd edib ki, "şirkətin qlobal şəbəkəsinə qoşulan Əbu-Dabidəki yeni ofis hökumətlər, müştərilər və müdafiə sənayesi liderləri ilə əlaqələr yaratmağa daha yaxşı şərait yaradacaq. O əlavə edib: "Rafael”in BƏƏ ilə əlaqələrini gücləndirmək istiqamətində daha bir konkret addım bizi ruhlandırır. İndi deyə bilərik ki, bu ilk sərmayə vasitəsilə Əbu-Dabiyə körpü tikmişik və beləliklə inkişaf etdirilən əlaqələri genişləndirməyə davam etməkdən məmnunuq”.
Qeyd edək ki, İsrailin müdafiə sənayesi podratçıları “Israel Aerospace Industries” və “Elbit” hələ 2021-ci ilin sonunda BƏƏ-də ofislərini açıblar. Hər iki şirkətin fevralın 19-da Əbu-Dabidə açılışı olacaq “IDEX 2023” sərgisində də böyük təqdimatları təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB