Gürcüstanda ölkə vətəndaşlarının Meksika ərazisindən keçməklə ABŞ-a qanunsuz daşınması ilə məşğul olan üç yerli sakindən ibarət cinayətkar qrup aşkar edilib. Onların sxemini açmaq üçün gürcü polisinə Amerika kəşfiyyat xidmətlərinin köməyi də lazəm olub.
SİA-nın əldə etdiyi məlumata görə, hazırda onları 6 ilə qədər həbs gözləyir.
Beləliklə, Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tbilisi və Kutaisi şəhərlərində hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstan vətəndaşlarının Amerika Birləşmiş Ştatlarına qeyri-qanuni miqrasiyasından pul qazanan cinayətkar qrupun müəyyən edilməsinə nail olublar.
Qeyd edək ki, qrup üç yerli sakindən ibarət olub və onlardan ən böyüyü 1984-cü il təvəllüdlü müştərilərə ABŞ-da tətil vəd edən turizm agentliyinə sahib olub. Həbs edilənlərin ikisi 1990 və 1991-ci il təvəllüdlü ona tabe olublar
Onların Amerikaya getmək istəyənləri Meksikadan keşməklə qanunsuz Amerika sərhədinə gətirdirmişlər. Əslində, onlar Gürcüstan vətəndaşlarını ABŞ-a qaçaqmalçılıq yolu ilə insan gətirmək üzrə ixtisaslaşmış Meksika qruplarına təhvil verirmişlər.
Gürcüstan Daxili İşlər Nazirliyi cinayətkarların müştəriləri Meksikaya apardıqları məbləği açıqlamasa da, onların sxeminin Amerika kəşfiyyat xidmətlərinin köməyi ilə üzə çıxdığını qeyd edir.
“Səyahət agentləri” cinayət başında yaxalanıblar. Belə ki, gürcü polisi özlərini ABŞ-a qeyri-qanuni köçmək istəyən kimi təqdim edib və cinayət yerində gizli çəkiliş aparıblar.
Qeyd edək ki, cinayətkar qruplaşma üzvlərinin hər biri 6 ilədək həbs cəzası ala bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB