Mövlud Çavuşoğlu Bəxtiyar Saidov ilə görüşüb

Mövlud Çavuşoğlu Bəxtiyar Saidov ilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu Qaziantepdə AFAD-ın Koordinasiya Mərkəzində Özbəkistan xarici işlər nazirinin müavini Bəxtiyar Saidov ilə görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, Xarici işlər naziri Çavuşoğlu görüşlə bağlı tviter hesabında paylaşım edib:

“Çətin günlərimizdə bizi tək qoymayan qardaş Özbəkistanın xarici işlər nazirinin müavini Bəxtiyar Saidova həmrəylik səfərinə görə minnətdarıq”.

Episentri Kahramanmaraşın Pazarcık və Elbistan qəsəbələrində olan və 11 şəhərində təsirli olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra həmrəylik üçün xaricdən Türkiyeyə çoxlu sayda yüksək səviyyəli səfərlər reallaşdırılır.

Özbəkistan xarici işlər nazirinin müavini Saidov Kahramanmaraşda baş verən zəlzələlərdən sonra həmrəylik nümayiş etdirmək və başsağlığı vermək üçün bu gün zəlzələdə bölgəsində səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə