“HXDR Yapon dənizi istiqamətində raket buraxıb”

“HXDR Yapon dənizi istiqamətində raket buraxıb”

KXDR-in bu gün Yapon dənizi istiqamətində ballistik raket buraxdığı ehtimal edilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, raketin sürəti, hündürlüyü və uçuş məsafəsi ilə bağlı informasiya yoxdur.

Yaponiyanın sahil mühafizə xidməti də Şimali Koreyanın Yapon dənizi istiqamətində raket buraxdığını təsdiqləyib. Regionda üzən gəmilərə raket qalıqları aşkarladıqda onlara yaxınlaşmamaq barədə xəbərdarlıq edilib. Yaponiya Baş nazirinin dəftərxanası informasiyanın toplanması və təhlili üçün böhran qrupunun təcili iclasını çağırıb.

Qeyd edək ki, KXDR ötən il rekord sayda - 70 raket sınağı həyata keçirib. Hazırkı buraxılış isə bu il ikinci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə