İraq hökuməti fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələlərdən sonra yardım materialları daşıyan 26 təyyarənin Türkiyəyə, 24 təyyarənin isə Suriyaya göndərildiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyəyə göndərilən 26 təyyarə 136,5 ton, Suriyaya göndərilən 24 təyyarə isə 126,5 ton yük daşıyıb. İraq Mülki Müdafiə Müdirliyinin Türkiyəyə 35 nəfərlik axtarış-xilasetmə qrupu göndərdiyi, İraq Qızıl Aypara qruplarının isə Suriyada fəaliyyət göstərdiyi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB