Türkiyə xilasediciləri tərəfindən Qaziantep şəhərində baş verən zəlzələdən sonra dağıntılar altından təxminən 2 milyon dollar tapılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə fevralın 17-də şəhərin yanğınsöndürmə idarəsinin rəisi Cafer Yılmaz bildirib.
O, izah edib ki, yaşayış binalarından birinin dağıntıları altında üzərində külli miqdarda nağd pul olan bir nəfər tapılıb.
“Ümumilikdə, onun yanında 2 milyon dollar var idi. Xilasedicilər pulu xüsusi təyinatlılara təhvil veriblər”, - deyə xidmət rəisi izah edib.
Yanğınsöndürənin sözlərinə görə, rəhbərlik etdiyi bölmənin əməkdaşları insan həyatını xilas etməklə yanaşı, tapılan qiymətli əşyaları da polisə təhvil verirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB