"Tikiləcək yaşayış binaları 3-4 mərtəbədən ibarət olacaq" - Türkiyəli nazir

"Tikiləcək yaşayış binaları 3-4 mərtəbədən ibarət olacaq" - Türkiyəli nazir

“Zəlzələdən zərərçəkən 10 əyalətdə məskunlaşma sahələri təyin olundu. Bütün komandalarımız bu ərazilər üzrə ətraflı geoloji tədqiqat hesabatları hazırlayır”. SİA xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tikiləcək yaşayış binaları 3-4 mərtəbədən artıq olmayacaq. “Mart ayında evlərin tikintisinə başlamağı planlaşdırırıq”, - deyə nazir əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə