İmran Xan kütləvi aksiyanın başladığını elan edib

İmran Xan kütləvi aksiyanın başladığını elan edib

Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xan cümə günü kütləvi aksiyanın başladığını elan edib. SİA TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, yeni etiraz hərəkatı partiyanın tanınmış xadimlərinin həbslərinə cavabıdır.

Aksiyanın başlanması fevralın 22-nə təyin edilib. Ehtimal olunur ki, partiya fəalları və tərəfdarları həbs olunmaq üçün qəsdən cinayət törədəcəklər. Beləliklə, müxalifət hüquq-mühafizə orqanlarının işini iflic etmək, həbsxanaları həddən artıq doldurmaq və ölkə hakimiyyətini, xüsusən də Pəncab və Xayber Paxtunxva əyalət məclislərinə seçkilərin tarixini təyin etmək məsələsində güzəştə getməyə məcbur etmək niyyətindədir.

Hazırda Pakistanın bu bölgələri federal hakimiyyətə sadiq olan müvəqqəti hökumətlərin idarəsi altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə