Kəraçi şəhərində polis bölməsinə hücum olub, ölənlər var

Pakistanın Kəraçi şəhərində polis bölməsinə hücum nəticəsində 2 polis həlak olub, 11 nəfər yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, silahlılar basqın zamanı partladıcı qurğulardan istifadə ediblər.

Təhlükəsizlik qüvvələri bir neçə saatdan sonra binanı silahlılardan təmizləyib və üç yaraqlını öldürüb.

Talibanın Pakistandakı qolu “Təhrik-i-Taliban Pakistan” (TTP) terror təşkilatı hücuma görə məsuliyyəti üzərinə götürdüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə