Bayden Zelenski ilə görüşəsi olmadı

Bayden Zelenski ilə görüşəsi olmadı

ABŞ Prezidenti Co Bayden Polşada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyəcək. SİA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, prezidentlərin Polşada görüş keçirməsi planlaşdırılmır. Bundan əvvəl xarici KİV-də Zelenski ilə Baydenin Polşada görüşəcəyi haqda xəbərlər yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə