Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya təşkilatın Təhlükəsizlik Şurasının Minsk razılaşmalarının ildönümünə həsr olunmuş iclasında çıxışı zamanı Rusiyanın Qərbə inamını itirdiyini bildirib.
SİA bu barədə rus saytlarına istinad edir.
Rusiyalı diplomat Təhlükəsizlik Şurasının qərbli üzvlərinə müraciət edərək, Qərb üçün təhlükəsizlik sisteminin anti-Rusiya olduğundan bundan sonra əvvəlki kimi yaşamaq mümkün olmayacağını deyib.
Nebenzya Qərbdə rusofobiyanın artıq dərinliklərə işlədiyini bildirib.
Diplomat qeyd edib ki, Qərb Ukraynada “rusofob diktatura”nın formalaşmasına göz yumaraq, danışıqlar aparmaq qabiliyyətini tam nümayiş etdirib, ona görə də “qeyri-qanuni dairədən” çıxmağın mümkün olduğuna inanmağa əsas yoxdur.
Xatırladaq ki, bundan əvvəl Nebenzya Rusiyaya qarşı tənqidi mövqeyini nəzərə alaraq, Ukrayna münaqişəsinin həllində BMT-nin vasitəçiliyinin mümkünlüyünün suallar yartdığını demişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB