Çin Rusiya və Ukraynanı atəşi dayandırmağa və mümkün qədər tez sülh danışıqlarına başlamağa çağırır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Çjan Jun bildirib.
Bundan başqa, Çin, ABŞ, Avropa İttifaqı və NATO-nun da danışıqlara qoşulmağa çağırır. Qərb Rusiya ilə “təhlükəsizliyin bölünməzliyi prinsipinə əsaslanan hərtərəfli, dərin dialoq aparmaq üçün” danışıqlar masasına oturmalıdır.
“Onlar ümumi təhlükəsizliyə nail olmaq üçün balanslaşdırılmış, səmərəli və güclü təhlükəsizlik arxitekturasının necə yaradılacağını müzakirə etməlidirlər”.
Çin səlahiyyətlisi Jun deyib bunu.
Fevralın 16-da Almaniyada Çin və Ukrayna xarici işlər nazirlərinin görüşünün hazırlandığı barədə məlumat yayılıb. “The Wall Street Journal” yazır ki, Çin və Ukrayna xarici işlər nazirləri Vanq Yi və Dmitri Kuleba Münhendə təhlükəsizlik konfransı çərçivəsində görüşə bilərlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB