Prezident Ərdoğan Zeljko Komsiçi qəbul edib

Prezident Ərdoğan Zeljko Komsiçi qəbul edib

Prezident Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Zeljko Komsiçi qəbul edib.

Fevralın 6-da baş verən və "əsrin fəlakəti" olaraq xarakterizə edilən, 11 vilayətdə təsirli olan Kahramanmaraş mərkəzli 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbilə bir çox ölkədən Türkiyeyə başsağlığı və həmrəylik ziyarətləri edilir.

SİA-nın əldə etdiyi məlumata görə, Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Zeljko Komsiç də İstanbula gəlib.

Prezident Ərdoğan Komsiçi Vahdettin köşkündə qəbul edib.

Qəbul mətbuata qapalı baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə