Şirkətinin səhmləri 50 faiz dəyərini itirib
Milyarder bankir yoxa çıxıb

Bu arada Çində “China Renaissance” investisiya bankının rəhbəri milyarder Bao Fan yoxa çıxıb. Verilən məlumatlara görə, ailəsinə onun istintaqla əməkdaşlıq etdiyi bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Bloomberg yayıb.

Qeyd edək ki, bankın idarəedici şirkəti Fan ilə əlaqə saxlaya bilmədiklərini və onun itkin düşməsinin bankın fəaliyyəti ilə bağlı olması barədə məlumatlarının olmadığını bildiriblər. Bundan sonra şirkətin Honq-Konq birjasındakı səhmləri yarıbayarı düşüb.

Onu da qeyd edək ki, Fanın ailəsinə onun istintaqla əməkdaşlıq etdiyi barədə məlumat verilib.

Maraqlıdır ki, Çin səlahiyyətliləri Fanın yoxa çıxması ilə bağlı heç nə demir.

Maraqlıdır ki, Fanın yeri ilə bağlı rəsmi məlumat olmadığı üçün onun yoxa çıxması çinli maliyyəçilər arasında “sərinlik” yaradıb. Məsələ bundadır ki, itkin düşən investisiya bankirinin ölkənin ən böyük şirkətləri ilə bağlı geniş əlaqələri və məlumatı var,

Yeri gəlmişkən, Çində belə bir “qanun formalaşıb”, belə ki, ölkədəki təşkilat rəhbərləri adətən hökumət araşdırmalarına qarışdıqda yoxa çıxırlar.

Xatırladaq ki, 2021-ci ilin sonunda Çin prezidenti Si Sinpinq onlarla məmur və maliyyə menecerini əhatə edən geniş antikorrupsiya araşdırmasına başladıb. Son zamanlar isə Çin hökuməti özəl sektora münasibətdə yumşaldıb ki, guya bununla repressiyaların məhdudlaşdırıldığı bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə