2022-ci ildə Gürcüstanda yaşayış icazələrinin sayı iki dəfə artıb

2022-ci ildə Gürcüstanda yaşayış icazələrinin sayı iki dəfə artıb

2022-ci ildə Gürcüstanda 21 650 nəfər yaşamaq icazəsi alıb. Verilən məlumatlara görə, il ərzində verilən icazələrin sayı iki dəfə artıb.

SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, bir il əvvəl, yəni 2021-ci ildə 11 904 nəfərə Gürcüstanda yaşayış icazəsi verilmişdi.

Qeyd edək ki, bu barədə “JUST Advisors” saytı Gürcüstanın Milli Xidmətlərin İnkişafı Agentliyindən əldə etdiyi məlumatlara istinadən yazır.

Bildirilir ki, ötən il yaşamaq icazəsi ilə bağlı verilmiş 25 764 ərizədən 4 114-mini, yəni ərizə 16 faizi rədd edilib.

Yeri gəlmişkən, əvvəlki illərdə olduğu kimi, yaşayış icazələrinin əksəriyyəti oxumaq və ya işləmək üçün verilib. Baxmayaraq ki, əmək yaşayış icazəsi almaqdan imtinaların sayı da artıb. Ümumiyyətlə, daşınmaz əmlaka sahib olmaq yolu ilə qısamüddətli yaşayış icazəsi almaq üçün müraciət edən xarici vətəndaşların 32 faizinə rədd cavabı verilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə