Əfqanıstanın şimal-şərqindəki Bədəxşan vilayətində son 4 gündə baş verən qar uçqunu nəticəsində 12 nəfər həyatını itirib.
SİA-nın əldə etdiyi məlumata görə, Bədəxşan vilayətinin Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin müdiri Mevlevi Məhəmməd Əkrəm Əkbəri bildirib ki, Bədəxşanın Kohistan, Ragistan, Yavan, Şiqnan, Drayim və Yaftal rayonlarında qar uçqunu olub.
Son 4 gündə baş verən qar uçqunu nəticəsində 12 nəfərin həyatını itirdiyini ifadə edən Əkbəri 12 nəfərin də yaralandığını bildirib.
Əkbəri qeyd edib ki, uçqun nəticəsində 50 ev dağılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB