"Qərbin yeganə reaksiyası susqunluq və çaşqınlıqdır"

"Qərbin yeganə reaksiyası susqunluq və çaşqınlıqdır"

...Rusiya Xarici İşlər Nazirliyi jurnalist Seymur Herşin “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı araşdırmasına Qərb ölkələrinin susmasını sui-qəsd hesab edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Mariya Zaxarova deyib bunu.

Onun sözlərinə görə, bunda yeni heç nə yoxdur, çünki əvvəllər belə sövdələşmələr olub.

Ölçünün heyratəmiz olduğunu deyən rus xanım, burada söhbətin qlobal miqyasda terror aktından getdiyini bildirib.

Zaxarovanın sözlərinə görə, ABŞ indi sadəcə olaraq baş verənlərlə bağlı əsaslandırılmış faktlarla öz versiyasını təqdim etməyə borcludur. Uzun illərdir ki, Amerika administrasiyası bu layihənin olmamasında maraqlı olduqlarından danışır.

“Şimal axınına edilən hücumlara Qərbin yeganə reaksiyası susqunluq və çaşqınlıqdır”. Bunu da Zaxarova deyib.

Xatırladaq ki, bir müddət bundan əvvəl amerikalı jurnalist Seymur Herşin “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin altına ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları tərəfindən 2022-ci ilin yayında partlayıcı qurğular yerləşdirildiyi barədə yazmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə