Cümə günü, fevralın 17-də Rusiya Müdafiə Nazirliyi bir anda üç hərbi dairə komandirinin dəyişdirildiyini elan edib. SİA Rusiya mənbələrə istinadən xəbər verir ki, məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub.
Məlumatda kimi, general-leytenant Andrey Mordviçev Mərkəzi Hərbi Dairə (TsVO) qoşunlarının komandanı vəzifəsinə təsdiq edilib. General-polkovnik Sergey Kuzovlev Cənub Hərbi Dairəsinin (SMD) komandiri, general-leytenant Yevgeni Nikiforov isə Qərb Hərbi Dairəsinə (ZVO) rəhbərlik edib.
Rusiyada Şərq Hərbi Dairəsinin (VVO) komandiri də çox keçməmiş, ötən ilin oktyabrında dəyişdirilib. İndi ona general-leytenant Rüstəm Muradov komandirlik edir.
Qeyd edək ki, Rusiyada ümumilikdə beş hərbi dairə var - Qərb Hərbi Dairəsi, Cənub Hərbi Dairəsi, Mərkəzi Hərbi Dairə, Şərq Hərbi Dairəsi və Şimal Donanması.
Belə görünür ki, dəyişdirilməyən komandanlıq yalnız Şimal Donanmasında qaldı.
Onu da bildirək ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyində belə genişmiqyaslı kadr dəyişikliklərinin səbəbləri barədə məlumat verilməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB