İki ölkə başçısı sərhəddə görüşdülər

İki ölkə başçısı sərhəddə görüşdülər

Kolumbiya prezidenti Qustavo Petro (Gustavo Petro) venesuelalı həmkarı Nikolas Maduro (Nicolas Maduro) ilə iki ölkənin sərhədində görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, qonşu ölkələr Kolumbiya və Venesuelanı birləşdirən Atanasio Girardot beynəlxalq körpüsündə görüşən dövlət başçıları ikitərəfli ticarəti daha da artırmaq barədə razılığa gəliblər.

İki ölkə arasında ticarət dövriyyəsini 1,8 milyard dollara çatdırmaq üçün Venesuela ilə Kolumbiya ikitərəfli müqavilə imzalayıb.

Kolumbiya prezidenti Q.Petro tvitter hesabında N.Maduro ilə fotosunu paylaşaraq yazıb: “Venesuela Bolivar Respublikası ilə Kolumbiya Respublikası arasında ticarət və investisiyalar barədə saziş imzalandı”.

Venesuela prezidenti N.Maduro da sosial media hesabından tarix yazmağa davam etdiklərini bildirib: "Venesuela və Kolumbiyanı birləşdirən sərhəddə biz 28 saylı Qismən Kommersiya Əhatə Sazişi imzaladıq. Bu müqavilə xalqlarımız üçün böyük firavanlıq yolunda yeni bir addımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə