“Türkiyədə baş verən təbii fəlakət, zəlzələ bütün Türk dünyasını ayağa qaldırdı. Azərbaycan isə Türkiyəyə ən yaxın dost, qardaş bir ölkə olaraq, ilk saatlardan öz köməyini göstərməyə başladı. Bu günə qədər də yardım prosesləri davam edir. Bizim bütün ictimai qurumlarımız, müəssisələrimiz bu işlə maraqlanır və öz köməyini əsirgəmir. Xüsusilə ölkəmizin dövlət başçısı cənab Prezident İlham Əliyev, eləcə də vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla dövlət orqanları da daimi yardımlarını göstərirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, eyni zamanda Türkiyədə insanların dağıntılar altından xilas edilməsi üçün də Azərbaycan FHN-nin əməkdaşları artıq ilk saatlardan bu günə qədər fəaliyyətlərini davam etdirirlər: “Artıq xilasetmə işləri yekunlaşıb və ərazinin təmizlənilməsinə başlanılıb. Bu böyük fəlakət Türkiyə dövləti üçün bir sınaq oldu. Düşünürəm ki, bu sınaqdan Türkiyə layiqincə çıxacaq. Çünki onun həm maddi, həm də mənəvi potensialı buna imkan verir. Heç bir şübhə yoxdur ki, Türkiyə tezliklə ayağa qalxacaq.
Zəlzələdən sonra fəsadların aradan qaldırılması üçün Azərbaycan hər zaman qardaş Türkiyənin yanında olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB