Rusiyada helikopter radarlardan itib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Saxalin vilayətinin səmasında olarkən "Robinson" markalı helikopter qəfil yoxa çıxıb.
Bildirilib ki, ekipaj üzvləri dispetçerlərlə rabitəyə çıxa bilməyib. Hadisə zamanı helikopterdə ümumilikdə 3 ekipaj üzvü olub. Hələlik onların taleyi naməlum olaraq qalır.
Məsələ ilə bağlı araşdırmalara başlandığı qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB