Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 800 hərbçisini itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 141 260 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 2 tank, 3 zirehli döyüş maşını, 17 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB