Hava limanında yeni müasir və etibarlı sistem tətbiq olunacaq

Hava limanında yeni müasir və etibarlı sistem tətbiq olunacaq

Gürcüstanın Ş.Rustaveli adına beynəlxalq hava limanında baqajın yoxlanılmasında yeni müasir və etibarlı sistem tətbiq olunacaq. SİA xəbər verir ki, bu barədə Tbilisi beynəlxalq aeroportundan məlumat verilib.

Bildirilib ki, fevral və mart aylarında baqaj karuselləri bir neçə gün işləməyəcək. Lakin sərnişinlər heç bir diskomfort hiss etməyəcək və baqajın çeşidləmə zonalarına daşınmasına hava limanının əməkdaşları cavabdeh olacaq.

Hollandiyanın Vanderlande şirkəti tərəfindən aparılan işlər iki ay ərzində yekunlaşacaq.

Qeyd edək ki, Tbilisi hava limanının genişləndirilməsinə ehtiyac olması barədə əvvəllər də məlumat verilmişdi.

Hazırda gələcək illər üçün investisiya və inkişaf planları üzərində iş gedir.

Planda yeni terminalın tikintisi də var.

Bütün xəbərlər Facebook səhifəmizdə