ABŞ-də güclü yanğın baş verib - FOTO

ABŞ-də güclü yanğın baş verib - FOTO

ABŞ-nin Kissimmi şəhərində (Florida ştatı) plastik məmulatların istehsalı ilə məşğul olan zavodun anbarlarından güclü yanğın baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, müəssisənin “Nursery Supplies Inc.” şirkətinə məxsus olduğu deyilir.

Ştatın yanğınsöndürmə xidmətinin rəis müavini Con Haskett yanan binada minlərlə plastik qabın saxlandığını bildirib və tənəffüs problemi olan bütün sakinlərə hələlik evlərini tərk etməməyi tövsiyə edib.

Yanğının səbəbi müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə