Rusiya ordusu Ukraynanın şəhərinə artilleriya zərbələri endirib - ölənlər var

Rusiya ordusu Ukraynanın şəhərinə artilleriya zərbələri endirib - ölənlər var

Fevralın 16-da Rusiya ordusu Ukraynanın Baxmut şəhərinə artilleriya zərbələri endirib. SİA xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, mərmilər şəhərin yaşayış məntəqələrinə düşüb və zərbələr nəticəsində 5 nəfər həlak olub.

"Rusiya ordusunun hücumu nəticəsində üç kişi və iki qadın həlak olub. Doqquz vətəndaş müxtəlif dərəcəli qəlpə yaraları alıb", - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə