Prezident Vladimir Zelenski Belarusun Ukraynaya qarşı müharibəyə girməyəcəyinə ümid edir.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna dövlətinin başçısı BBC-yə müsahibəsində Belarus rəhbərinin öz ərazisindən rus qoşunları ilə birgə müharibə aparmağa hazır olması barədə bəyanatına münasibət bildirərkən deyib.
“Ümid edirəm ki, Belarus müharibəyə girməyəcək. Və əgər bu baş verərsə, biz döyüşüb sağ qalacağıq”, - deyə Zelenski bildirib.
Zelenski, həmçinin Rusiyaya Belarusdan Ukraynaya müdaxilə üçün tramplin kimi istifadə etməyə icazə vermək “böyük səhv” olacağını deyib.
Yeri gəlmişkən, bəzi çıxışlarında Rusiyanın tərəfində müharibəyə girməyə hazır olduğunu deyən Lukaşenko, Ukraynadakı müharibəni dayandırmağa və “sülhdən danışmağa” da çağırışlar edir.
O, həmçinin eskalasiyada Qərbi günahlandırıb və ABŞ-ın diplomatik həlli istəmədiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB