“Yeni liderlər nəslinin vaxtı çatıb”..?

Ağ Ev Baydenin yaş iddialarına cavab verib
“Yeni liderlər nəslinin vaxtı çatıb”..?

....ABŞ prezidenti Cozef Baydenin yaşı ilə bağlı iddialar onun uğur qazandığı reallığı əks etdirmir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib.

“Bəlkə onlar prezidentin son iki ildə qazandığı qələbələri unudublar, amma mən sizə bunları hər an xatırlatmaqdan məmnunam” – deyən Jean-Pierre əlavə edib ki, Amerika liderinin rəqibləri onun 2020-ci ildə keçirilən seçkilərdə də məğlub olacağını proqnozlaşdırırdılar, lakin o, qalib gəldi və o vaxtdan ABŞ iqtisadiyyatını gücləndirmək üçün hərəkətə keçib.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi ABŞ-ın BMT-dəki keçmiş səfiri və sonradan Cənubi Karolinanın qubernatoru olmuş Nikki Heylinin 2024-cü il seçkilərində iştirak etmək niyyətini açıqlayan bəyanatını da şərh edib.

Xatırladaq ki, bir müddət bundan əvvəl “yeni liderlər nəslinin vaxtı çatıb” deyən Heyli, siyasətçilərin 75 ildən sonra psixi vəziyyətini qiymətləndirməyə də çağırış etmişdi.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Amerikanın “Newsweek” jurnalı prezident Cozef Baydenin 2022-ci ildə etdiyi ən böyük səhvlərin siyahısını təqdim etmişdi.

Belə ki, ABŞ prezidentinin 2022-ci ildə etdiyi səkkiz səhvdən birincisini jurnal, onun ukraynalıları və iranlıları çaşdırarkən, “tez bir şəkildə virallaşan” dil sürüşməsini adlandırıb.

Daha sonra, iyulun əvvəllərində qadın hüquqları ilə bağlı çıxışı zamanı dövlət başçısı teleprompterdən texniki göstərişlər oxuyub.

Qeyd edək ki, jurnal bunu da ABŞ prezidentinin səhvi kimi təqdim edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə