Slovakiya Milli Şurası indiki Rusiya rejimini terrorçu, Rusiyanın özünü isə terroru dəstəkləyən dövlət kimi tanıyıb. SİA-nın əldə etdiyi məlumata görə, bu gün qəbul edilən qətnamədə slovak deputatlar həmçinin Rusiyanın Ukraynaya təcavüzünü, o cümlədən mülki əhaliyə və mülki obyektlərə hücumları pisləyiblər.
Parlament Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və Moskvanın nüvə silahından istifadə ilə hədələrini pisləyib.
Deputatlar həmçinin ilhaq edilmiş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində keçirilən referendumun nəticələrini tanımaqdan imtina ediblər.
Qeyd edək ki, ötən ilin payızında Avropa Şurası Parlament Assambleyası Avropa Şurası üzvlərini Rusiyanı terrorçu rejim kimi tanımağa çağıran qətnamə qəbul edib. Bundan sonra Avropa Parlamenti Rusiyanı terrorun sponsoru dövlət elan edib.
Yeri gəlmişkən, bəzi Avropa ölkələri də müvafiq qərarlar qəbul ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB