Ötən il 100 mindən çox rusiyalı Gürcüstanda bank hesabı açıb

Ötən il 100 mindən çox rusiyalı Gürcüstanda bank hesabı açıb

Ukraynada müharibə başlayandan və rusların Gürcüstana kütləvi köçü başlayandan bəri Gürcüstan banklarında Rusiya Federasiyası vətəndaşlarının adına 109 949 hesab açılıb. Bundan əlavə, Rusiya hüquqi şəxsləri üçün daha altı hesab açılıb.

SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, bunlar hələ 2022-ci il fevralın 24-dən dekabrın 31-dək olan statistikadır.

Q da qeyd edilir ki, ən çox hesablar 2022-ci ilin oktyabr (27 784), noyabr (15 994) və dekabr (10 778) aylarında açılıb.

Gürcüstanın Milli Bankı bir şəxs eyni vaxtda müxtəlif banklarda hesab aça biləcəyini əsas gətirərək, ona görə də məlumatların təkrarlana biləcəyini də istisna etmir.

Bu arada “Forbes” jurnalının məlumatına görə, 2022-ci ildə rusiyalı frilanserlər 2021-ci illə müqayisədə xarici hesablara 6,8 dəfə çox pul çıxarıblar.

“Solar Staff” tərəfindən aparılan araşdırmaya görə, frilanserlər ən çox 2022-ci ildə Gürcüstana pul çıxarıblar.

İl ərzində rusiyalı frilanserlər Gürcüstanın kartlarına təxminən 1 337 579 dollar köçürüblər ki, bu da 2021-ci illə müqayisədə 5 325 faiz çoxdur.

Yeri gəlmişkən bildirək ki, köçürmələrin populyarlığına görə ikinci yerdə Qazaxıstan, daha sonra Ermənistandır.

Gürcüstan Milli Bankının məlumatına görə, 2022-ci ildə Gürcüstana 4,37 milyard pul köçürməsi daxil olub ki, bunun da demək olar ki, yarısı Rusiyadan köçürülüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə