Dövlət Departamentinin rəhbərinin müavini Viktoriya Nuland ABŞ və onun G7-dəki tərəfdaşları tərəfindən hazırlanan yeni anti-Rusiya sanksiyalar paketini açıqlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sanksiyalar Ukraynada xüsusi hərbi əməliyyatın başlandığı gün - fevralın 24-də tətbiq ediləcək.
Nulandın dediyinə görə, yeni sanksiyalar yüksək texnologiyalı avadanlıqların və hərbi sənaye kompleksinin tədarükünə təsir göstərəcək.
Onu da qeyd edək ki, amerikalı səlahiyyətli qəbul edilən sanksiyalar paketini genişmiqyaslı adlandırıb.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl ABŞ prezidenti Cozef Baydenin müşaviri Ceyk Sallivanın fevralın 22-də Brüsseldə Avropa İttifaqı səfirləri ilə anti-Rusiya sanksiyalarının tətbiqini müzakirə edəcəyi məlum olub.
Xatırladaq ki, fevralın 16-da Avropa İttifaqı səfirləri sintetik kauçukun idxalına qadağa qoyulması təklifinə görə Rusiyaya qarşı onuncu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB