Rusiya Duması günahkarları cəzalandırmağa çağırır

Rusiya Duması günahkarları cəzalandırmağa çağırır

Rusiya parlamentariləri bu gün BMT Təhlükəsizlik Şurasına Rusiya qaz kəmərlərində baş verən partlayışlarla bağlı araşdırmaya başlamaq çağırışı ilə müraciət etdikləri qətnamə qəbul ediblər.

Sənədin özü Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin tapşırığı ilə hazırlanıb.

Qəbul edilmiş qətnamədə onun müəllifləri jurnalist Seymur Herşin dərc etdiyi Baltik dənizində “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində terror aktlarında ABŞ və Norveç hərbçilərinin iştirakını sübut edən faktlara işarə ediblər.

Onlar BMT Təhlükəsizlik Şurasına beynəlxalq terror aktına hüquqi qiymət verilməsini və onun həm sifarişçilərini, həm də günahkarlarını məsuliyyətə cəlb etməyi təklif ediblər.

Qeyri-qanuni sərəncamı verən C. Bayden administrasiyası Avrasiya qitəsi üçün ən mühüm enerji infrastrukturunun Rusiya, Almaniya, Fransa və Hollandiya sahiblərinə milyardlarla dollar dəyərində ziyan vurmasına görə tam məsuliyyət daşıyır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirlər rusların qəbul etdikləri qətnamədə yer alıb.

Bundan əlavə, deputatlar bu cür əməllərin “hərtərəfli beynəlxalq araşdırma üçün əsas olduğunu” vurğulayaraq, dəymiş ziyanın tam ödənilməsinin və baş verənlərə görə məsuliyyət daşıyanların hamısının cəzalandırılmasının vacibliyini qeyd ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə