Lukaşenko Belarusdakı “demokratik diktatura”dan danışıb

Lukaşenko Belarusdakı “demokratik diktatura”dan danışıb

Aleksandr Lukaşenko bu gün Müstəqillik Sarayında xarici və Belarus KİV nümayəndələrinə Belarusdakı “demokratik diktatura”dan danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri dövlət başçısının mətbuat xidməti yayıb.

Bu gün hakimiyyət cinayət törədərək xaricə qaçan, lakin vətənlərinə qayıtmaq istəyənləri bağışlamağa hazırdır - deyən Lukaşenko, belarusların başqa ölkələrdə yaşamaq üçün getməsini və “xaricdə hardasa əylənmələrini” istəmədiyini bildirib.

Qeyd edək ki, Bülarus lideri, qonşu Polşada müəyyən qədər həkim çatışmazlığı olduğunu və Belarus mütəxəssislərinə orada böyük ehtiyac duyduqlarını ayrıca qeyd edib.

...Amma mən istəyirəm ki, onlar burada yaşayıb, burada da işləsinlər. Biz isə bağışlana biləni bağışlamağa hazırıq. Bu, bizdə demokratik diktatura növüdür.

Bunu da Lukaşenka bildirib.

Xatırladaq ki, bundan əvvəl prezidentin sərəncamı ilə xaricdən Belarusa qayıtmaq istəyən, lakin hüquq-mühafizə orqanlarının onlara qarşı hər hansı iddiasının olmasından ehtiyatlanan belaruslular üçün xüsusi komissiya yaradılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə