Jirinovskinin kiçik oğlu həbs edilib

Jirinovskinin kiçik oğlu həbs edilib

Mərhum siyasətçi Vladimir Jirinovskinin kiçik oğlu böyük qalmaqala düşüb. Moskva məhkəməsi onu ictimai asayişi pozduğuna görə on beş sutka həbs edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Oleq Eydelşteyn Rusiyanın paytaxtında restoranlardan birində “şuluq” salıb.

Qeyd edək ki, Jirinovski varisinin bu davranışının səbəbi hələlik məlum deyil. Amma deyilənlərə görə, o şöbəyə gətirilsə də, budrada da dinc dayanmayıb və bu dəfə polislə münaqişəsini davam etdirib. Belə ki, o, yerli asayiş keşikçilərini təhqir edib, sonra isə onlardan birinə əl qaldırıb. Polisdən verilən məlumatda, Oleq Eydelşteynin maddə üzrə mümkün olan maksimum cəza aldığı deyilir.

Xatırladaq ki, bundan əvvəl aktrisa Yelena Kondulaynenin Vladimir Volfoviç Jirinovski ilə münasibəti ilə bağlı bütün həqiqəti söylədiyini yazmışdıq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə