Qırmızı Meydanda buzov gəzdirən qızın aqibəti

Qırmızı Meydanda buzov gəzdirən qızın aqibəti

Moskvada, Qırmızı Meydanda buzov gəzdirən amerikalı Alisiya Dayın Rusiyaya girişinə 40 il qadağa qoyulur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Alisiya 2063-cü il fevralın 13-dən tez olmayaraq Rusiyaya qayıda bilər.

Metropoliten Polisinin Miqrasiya Xidmətinin qərarı ilə qız qeydiyyatı olmadığı üçün əcnəbi tərəfindən Rusiya Federasiyasının ərazisinə giriş və ya qalma qaydalarını pozmaqda ittiham edilib.

...Hazırda məni Rusiyadan qovurlar və mən 40 il müddətinə Rusiyaya qayıtmaq hüququna malik olmuram. Bu, qeydiyyatın olmaması ilə bağlıdır. Baxmayaraq ki, hazırda onu əldə etmək prosesindəyəm –deyən Alisiya, Qırmızı Meydanda buzov gəzdirməsinin də nə vaxtsa belə bir nəticələr verəcəyini düşündüyünü əlavə edib.

...Hazırda, mən bu qərardan apellyasiya şikayəti vermək niyyətindəyəm və geri qayıtmaq istəyirəm.

Bunu da Alisiya Day deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə