Rus ordusunu “aşağıladığına” görə...

Maqadan vilayətinin sakini “Putin və onun dostları məhkəməlikdir” lent yazılarına görə cərimələnib
Rus ordusunu “aşağıladığına” görə...

Rusiyanın Maqadan vilayətindəki Ola kəndinin sakini Anna Prosvirina rus ordusunu “aşağıladığına” görə 30 min rubl məbləğində cərimələnib.

Qeyd edək ki qadın “cinayət başında”, yerli prokurorluğun binasına müharibə əleyhinə yaşıl lent üzərində yazılmış şüarlar yapışdırmağa cəhd edərkən həbs edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Prosvirina “Rusiya fevralın 24-də öldürüldü”, “Putin rejiminə yox”, “Putin və onun dostları mühakimə olunur”, “Rusiya faşizmini dayandırın” sözləri yazılmış lentləri qapının dəstəyinə və pəncərə barmaqlıqlarına bağlayırmış.

...Cəsarətə bir bax ey.

Rus qadın, həmçinin “Müharibə yoxdur! Putin məhkəməlikdir” lentini “Maqadanenerqosbyt” filialının yerli bölməsinin girişindəki pilləkənlərin məhəccərinə bağlayıb.

Maraqlıdır ki, Prosvirina sosial şəbəkələrdən Ukraynadakı müharibədə Maqadan vilayətindən olan hərbçilərin həlak olduğunu öyrəndikdən sonra müharibə əleyhinə lentlər bağlamaq qərarına gəlib.

Yerli mətbuatın yazdığına görə, polisə verdiyi izahatda o, bütün bunları Ukraynadakı hərbi əməliyyatları dayandırmaq üçün tdiyini bildirib. Yəni bu da müharibəyə qarşı bir etirazdır?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə