“Vaqner”lə əlaqəli şəxs və şirkətlərə də sanksiyalar tətbiq edilsin!
Rusiyanın dövlət şirkəti olan “Rosoboroneksport” artıq bir neçə ildir ki, Cənubi Sudana qanunsuz olaraq silah satır.
Qeyd edək ki, BMT-nin bu ölkədə davam edən vətəndaş müharibəsi səbəbindən tətbiq etdiyi silah embarqoya baxmayaraq, ruslar tərəfindən silah çatdırılmaları hər iki aydan bir Keniya və Uqanda vasitəsilə həyata keçirilir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, silah ticarəti, həmçinin “Vaqner” PMC-lərinin Afrika ölkələrinə genişlənməsi Rusiyaya Qərb sanksiyalarından yan keçərək resurslar və valyuta almağa imkan verir.
Maraqlıdır ki, Rusiya şirkəti hələ Ukraynadakı münaqişədən də əvvəl, yəni 2019-cu ildən bəri gizli şəkildə və kiçik partiyalarla Cənubi Sudan ordusuna silah göndərirmiş.
Qeyd edək ki, bunu Keniya gömrükündəki hərbçilər də təsdiqləyib. Belə ki, dəniz yolu ilə Keniyaya gətirilən silahlar Cənubi Sudanın yüksək rütbəli hərbçiləri ilə əlaqəli bir şirkətə satılırmış.
Yeri gəlmişkən Rusiyadan Cənubi Sudana silah tədarükü rəsmi olaraq heç yerdə qeydə alınmayıb - bunu dünyada silah satışını qeydə alan Stokholm Sülh Araşdırmaları institutunun (SIPRI) məlumatları da sübut edir.
Belə çıxır ki, BMT 2018-ci ildə Cənubi Sudana silah verilməsi ilə bağlı tətbiq etdiyi sanksiyalardan sonra da Rusiyadan silah alırmış.
O da maraqlıdır ki, qonşu ölkələr vasitəsilə Cənubi Sudana silah tədarükünün başlanması Yevgeni Priqojinin həmin ərəfələrdə Keniyaya səfəri ilə üst-üstə düşüb.
Qeyd edək ki, 2018-ci ilin dekabrında yerli və Rusiya mətbuatı Priqojinin təyyarəsinin Keniyanın paytaxtı Nayrobiyə eniş etdiyi barədə yazsa da, amma Priqojinin özünün təyyarədə olub-olmadığı barədə heç nə deməmişdi.
Məhz bəlkə də elə buna gırədir ki, “GI-TOC” (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) “Vaqner” PMC-lərinə qarşı sanksiya rejimini gücləndirməyi təklif edir. Qeyd edək ki, ABŞ-da artıq “Vaqner”i “beynəlxalq cinayət təşkilatı” kimi tanınıb.
Buna görə də, “GI-TOC” “Vaqner” PMC ilə əlaqəli şəxslərə və şirkətlərə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyi təklif edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB