Armyansk şəhərində partlayış baş verib

Armyansk şəhərində partlayış baş verib

Rusiya tərəfindən ilhaq edilən Krım yarımadasının şimalında yerləşən Armyansk şəhərində partlayış baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, ərazidə hava hücumundan müdafiə sistemləri işləyib.

Məlumata görə, Krımın şimalında üç güclü partlayış səsi eşidilib. Rusiyanın təyin etdiyi "rəsmilər" hələlik hadisə barədə məlumat verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə