“Rusların Ukrayna cəbhəsini yarması mümkün olmur” - POLİTOLOQ DANIŞDI

“Rusların Ukrayna cəbhəsini yarması mümkün olmur” - POLİTOLOQ DANIŞDI

“Rusiya-Ukrayna müharibəsi ən gərgin dövrünü yaşayır. Bu müharibənin başlanmasından bir ilə yaxın vaxt ötür. Bu səbəbdən də ruslar çalışırlar ki, fevralın 24-ə qədər kiçik də olsa uğur qazana bilsinlər. Amma rusların Ukrayna cəbhəsini yarması mümkün olmur. Əksinə ruslar böyük itkilər verərək, geri çəkilməli olurlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri Ukraynanın silahlandırılması ilə bağlı Brüsseldə görüş keçirdirlər: “Burada Ukraynaya geniş yardımlar üçün imkan açılacağı görünür. ABŞ Ukraynaya 8 milyard dollarlıq yardım göstərilməsi ilə bağlı qərara imza atdı. Bundan başqa həmin iclasda Ukraynaya müxtəlif silahlar, tanklar, eləcə də hava hücumundan müdafiə sistemləri və digər silah növlərinin göndərilməsi qərara alındı.

Gündəmdə duran əsas məsələ isə Ukraynaya tankların verilməsi məsələsidir. Polşa bəyan edib ki, o artıq özündə olan 250 ədəd moderinizə olunmuş “T-72” Sovet tankını artıq Ukraynaya verib. Digər dövlətlər də əllərində olan tankların Ukraynaya verilməsini öhdəliyə götürüblər. Belə görünür ki, yaxın müddətdə Ukrayna silahlı qüvvələrinin tank parkı NATO ölkələrindən alınmış 500-dən çox tankla yenilənə bilər. Göndərilən silahlar içərisində ağıllı bombalar da var. Hansı ki, onlar ABŞ tərəfindən göndərilib. Bu bombalar bir neçə km-ə qədər məsafə qət edə bilir və dəqiq zərbələr endirir. Rusiyanın nəzərdə tutduğu Ukrayna cəhbəsinin yarılması haqqında düşüncələri baş tutmur. Amma Ukrayna genişmiqyaslı hücuma hazırlaşmaq üçün start götürüb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə