Türkiyə və Suriyada baş verən iki böyük zəlzələdə zərərçəkənlərə Tunisdən 20 ton tibbi ləvazimat, ərzaq və ədyal göndərilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada Tunis Qızıl Aypara Cəmiyyəti və tibb personalının, həmçinin Türkiyədə axtarış-xilasetmə işlərində iştirak edən qrupun yardımı gətirən təyyarə ilə geri dönəcəyi bildirilib.
Fevralın 6-da baş verən zəlzələlərdən bir gün sonra Tunis bölgəyə 41 nəfərlik axtarış-xilasetmə qrupu, həmçinin dağıntıların tədqiqi üçün 4 xüsusi təlim keçmiş it və texniki avadanlıq göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB